7 Aprel 2015 14:13
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğanın ayaqlarının altına qırmızı xalça sərmək diplomatiyamız üçün utancvericidir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran Milli Məclisinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nakavi Hüseyni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri öncəsi deyib: “Hökumət Ərdoğanın İrana yönəlik sözlərindən sonra bu səfərin gerçəkləşməsinə icazə verməməli, ya da bunu təxirə salmalı idi”.

Qeyd edək ki, Ərdoğan Yəmən böhranı ilə əlaqədar Tehran rəhbərliyinin bölgədəki mövqeyini tənqid edərək, İranın Suriya və İraqdakı bütün hərbi gücünü geri çəkməli olduğunu deyib. Daha sonra iranlı millət vəkillərinin narazılığı ilə qarşılaşan Ərdoğan onlara sərt cavab verib: “Bizim səfərlərimizi o cür şəxslər müəyyənləşdirməyəcək. Bunun qərarını özümüz verəcəyik”.

Samir


Müəllif:

Oxşar xəbərlər