Belçikanın paytaxtı Brüsseldə kütləvi etiraz aksiya keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişdə poçt işçiləri və satıcılar iştirak ediblər.
Onlar əmək haqlarının artırılması, yeni tarif sazişinin imzalanması və daşınma xərclərinin azadılmasını tələb ediblər. Satıcılar ölkədə daşınma qiymətləri ilə bağlı hökumətin tətbiq etdiyi yeni islahatların ləğv edilməsini tələb ediblər.
Hökumət binası qarşısına yürüş təşkil edən aksiyaçılarla polis arasında insidentlər yaşanıb. Təhlükəsizlik işçiləri bina önündə barikadalar quraraq, nümayişçilərin parlamentə yaxınlaşmasının qarşısını alıblar. Şahidlər bir neçə fəalın saxlanıldığını bildiriblər.
Samir