10 Aprel 2015 00:25
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hakerləri Fransaya məxsus 11 telekanala kiber hücum təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular efirə xüsusi mesaj göndəriblər.

Mesajda Paris xalqına edilən hücumların səbəbi açıqlanıb: “Fransa prezidenti Fransua Olland bağışlanılmaz səhv etdi və bizimlə müharibəyə girdi. Bu səbəbdən parislilər yanvarda “Çarli hebdo” və supermarket hədiyyələrini aldı”.

Rəsmilər bir müddət sonra kanalların yayımının bərpa olunduğunu qeyd ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər