ABŞ hökuməti Kubanı terrorçulara yardım edən ölkələr siyahısından çıxartmaq istəyir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilir ki, bu təkliflə ABŞ prezidenti Barak Obama çıxış edib.
ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Ben Kardinin sözlərinə görə, bu addım Kuba ilə münasibətlərin daha da inkişaf etməsinə yol açacaq.
Kubanın adı çəkilən siyahısından çıxarılması iki ölkənin Vaşinqton və Havanada yenidən öz səfirliklərini açmasına imkan yaradacaq.
Samir