Türkiyədə Özgəcan Aslanı qətlə yetirməkdə ittiham olunan 3 nəfərə qarşı məhkəmədə iddia irəli sürülüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ö.Aslanın ölümü ilə bağlı aparılan araşdırma yekunlaşıb.
İttihama əsasən, avtobusun sürücüsü 26 yaşlı Ahmet Subhi Altındiken, 50 yaşlı atası Necmettin Altındikən və yaxın dostu 26 yaşlı Fatih Gökçenə ömürlük həbs istənilib.
Məhkəmənin qərarı 15 gün ərzində məlum olacaq.
Rüstəm