ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını sabah açıqlayacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Klintonun namizədliyinin sosial media vasitəsilə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Hillari Klinton 2008-ci ildə prezident seçkilərində namizəd olub. O, Demokratlar Partiyası daxilində keçirilən seçkilərdə hazırkı dövlət başçısı Barak Obamaya məğlub olub.