ABŞ Misirə 57 milyon dollarlıq “Hellfire” raketi satacaq.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu raketlərin “F” və “K” variantlarına sahib olan Misir artıq “R” variantını da almaq niyyətindədir.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Cef Raske verdiyi açıqlamada bunun Sina yarımadasında terrorizmlə mübarizə səylərini artıracağını deyib.
Samir