13 Aprel 2015 12:33
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tarixi bilgilərin az olması və nadanlıq belə açıqlamaya gətirib çıxartdı

Türkiyə baş naziri Əhməd Davudoğlu Roma Papası I Fransiskin “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, o, Papanın fikrlərinin yeni qarşıdurma yarada biləcəyini deyib: “Dini liderlərin birinci vəzifəsi tarixi mübahisələr üzərindən yeni qarşıdurma və nifrət şərait yaratmaqdansa, insanları birliyə, sülhə və birlikdə yaşamağa dəvət etməkdir. Lakin tarixi bilgilərin az olması belə açıqlamaya gətirib çıxartdı. Bu qiymətləndirmə qərəzlidir”.

Bundan başqa Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Papanın fikirlətini qiymətləndirib: “Bosniya və Ruanda hadisələri beynəlxalq məhkəmələrdə soyqırım olaraq dəyərləndirilib. Papa isə saxta soyqırımı “kütləvi qırğın” adlandırıb. Hüquqi cəhətdən tanınmayan hadisə ilə bağlı I Fransisk “soyqımı” ifadəsini işlədir. Burada ziddiyyət və ayrı-seçkilik var”.

Qeyd edək ki, I Fransisk Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışı zamanı “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.

Samir


Müəllif:

Oxşar xəbərlər