“Əl-Şəbab” terror təşkilatı Somalidə kəndlərə hüucm edərək, özlərinə terrorçu yığır.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, təşkilat oğurladığı gəncləri hədə-qorxu ilə öz tərəflərinə çəkir. Son olaraq, “Əl-Şəbab”ın İsolo kəndinə hücum etdikləri və 26 gənci oğurladıqları bildirilib.
Bir müddət sonra ailələri ilə əlaqə yaradan gənclər təşkilata üzv olduqlarını açıqlayıb. Rəsmilər bu kimi halların Keniyada da baş verdiyini qeyd ediblər.
Samir