21 Aprel 2015 13:15
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə yaşayan ermənilər bütün vətəndaşlıq hüquqlarından istifadə edir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlǝr naziri Mövlüd Çavuşoğlu Vaşinqtonda “Orta Şǝrqdǝ Türkiyǝnin rolu” mövzulu konfransında çıxışı zamanı səsləndirib. O bildirib ki, hazırda Türkiyədə 40 minə yaxın erməni əsilli vətəndaş var.

Türkiyǝ ilǝ Ermǝnistan arasındakı ǝlaqǝlǝrin normallaşma prosesinǝ toxunan Çavuşoğlu bu mövzuda 2009-cu ildǝn etibarǝn göstǝrilǝn cǝhdlǝri vurğulayıb: “Biz ǝlaqǝlǝrin normallaşması prosesindǝ cǝsur addımlar atdıq. Ermǝnistanın da bu sahǝdǝ müsbǝt addımlar atacağına ümid edirǝm”.

Çavuşoğlu Avropa Parlamentinin 1915-ci il hasidǝlǝrilǝ ǝlaqǝli qǝrarının ədalətli olmadığını vurğulayıb və parlamentə türklərlə ermənilərin problemini birlikdə həll etməyi tövsiyə edib.

Samir


Müəllif:

Oxşar xəbərlər