26 Aprel 2015 09:27
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Pan Gi Mun mayın 9-da Moskvaya gələrək Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar təntənələrdə iştirak etməyi planlaşdırır.

Teleqraf.com vesti.ru saytına istinadla xəbər verir ki, bu barədə təşkilatın mənzil-qərargahının adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

BMT-nin mətbuat xidməti məlumatı şərh etməyərək, baş katibin səfərləri barədə yalnız uçuşa yaxın tarixlərdə xəbər verildiyini diqqətə çatdırıb.

Bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov BMT-nin baş katibi Pan Gi Muna və UNESCO-nun baş direktoru İrina Bokovaya dəvətnamə göndərildiyini bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər