28 Aprel 2015 01:45
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda baş verən üç partlayış nəticəsində 20 nəfər ölüb.

Teleqraf.com-un xəbərinə görə, partlayışlardan ən güclüsü şəhərin qərb hissəsində, ticarət məhəlləsində törədilib. Burada 10 nəfər ölüb, 20-dək avtomobil yanaraq külə dönüb.

Daha 7 nəfər ev alıq-satqısı agentliyinin yanında baş verən partlayışda, 3 nəfər isə minalanmış avtomobilin partladılması nəticəsində ölüb.

Onlarla dinc sakinin yaralandığı bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər