Malayziyanın Pera əyalətinin müftisi Harussani Zakaria qadınların ərləri arzu etdiyi təqdirdə yer və zamanından asılı olmayaraq, onlarla cinsi əlaqəyə girmələrinin lazım olduğuna dair fətva verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Zakaria qadınların həyat yoldaşlarının sevişmə istəyini rədd etməyəcəyini, əks təqdirdə kişinin "güc istifadə etmə" və "zorlama" hüququnun olduğunu bildirib.
O, fikrini belə izah edib: “Ailədə zorakılıq deyə bir şey olmaz. Bu avropalılar tərəfindən uydurulmuş yalandır. Biz bu yalana uymamalıyıq. Kişi istədiyində qadın onunla dəvə belində olsa, belə sekslə məşğul olmalıdır”.
Samir