“İsrailin ötən aylarda Qəzzaya etdiyi özünümüdafiə hücumlarında haqlıdır”.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İngiltərə baş naziri David Kemeron deyib. Onun sözlərinə görə, hücumlar vasitəsilə İsrail hökuməti xalqını qorumaq istəyib: “İsrailə qarşı hücumlar oldu. İsrail də xalqını qorumaq üçün cavab atəşi açdı. İsrailin özünümüdafiə haqqı var”.
Kemeron hücumlarda dinc sakinlərin öldürülməsinə də münasibət bildirib: “İsrail baş naziri Binyamin Netanyahunun dediyi kimi, İsrail silahlardan xalqı, Həmas isə əlindəki ərazini qorumaq üçün istifadə edir. Bunlar arasında böyük fərq var”.
Qeyd edək ki, Mühafizəkarlar partiyasının lideri Devid Kameron keçən il ingilis parlamentində Fələstinin dövlət kimi tanınmasına dair səsvermədə bitərəf qalıb.
Samir