30 Aprel 2015 20:44
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland və Azərbaycan intensiv iqtisadi əlaqələrə malikdir. Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında Niderlandın ölkəmizdəki səfiri Robbert Qabrielsen bildirib.

O, xatırladıb ki, keçən həftə Niderlandın Maastrixt şəhərində Azəbaycan şirkətləri və dövlət institutlarının 50 nümayəndəsinin iştirakı ilə biznes-forum keçirilib: "Forumda "Narıncı Kataloq" təqdim edilib. Bu kataloq Niderlandın Bakıdakı səfirliyi tərəfindən təqdim olunub və kataloqda Azərbaycanda fəaliyyət göstərən 50-dən çox Niderland şirkəti haqqında məlumatlar yer alıb".

Səfir vurğulayıb ki, Niderland Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir: "Bunun üçün Niderland Azərbaycanla birgə işləyir. Biz ancaq iqtisadi sahədə deyil, digər sahələrdə də əməkdaşlıq etmək istəyirik. Biz elm, nəqliyyat, idman sahələrində də Azərbaycanla işləmək istəyirik".

Onun sözlərinə görə, Niderland Azərbaycanda qeyri-neft sahəsində ən böyük sərmayədardır.


Müəllif:

Oxşar xəbərlər