1 May 2015 09:59
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmüz boğazından keçən Amerika gəmilərinə müvəqqəti olaraq xüsusi hərbi müşayət gəmisi nəzarət edəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilir ki, Marşal adalarının bayrağı altında hərəkət edən Maersk Tigris Danimarka yük gəmisini İranın patrul katerləri saxlayıb. Tehran gəminin saxlanmasını onun sahibinin İran şirkətinə kompensasiyaları ödəməməsi ilə izah edib. ABŞ hökuməti bu insidentin boğazda olan bütün gəmiçiliyə təsir edə biləcəyindən narahatlıq ifadə edib və müəyyən addımların atılacağını qeyd edib.

Xatırladaq ki, dünyada dəniz vasitəsilə olan neft ixracatının üçdə birindən çoxu Hörmüz körfəzinin payına düşür. Boğazı şimaldan İran ərazisi, cənubdan isə BƏƏ və Oman əhatə edir.

Samir


Müəllif:

Oxşar xəbərlər