7 May 2015 10:09
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çili prezidenti Mişel Baçelet ölkə hökumətini bütövlüklə istefaya göndərib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, bir neçə gündən sonra yeni nazirlər kabinetinin tərkibini elan edəcəyini bildirib: “Bir neçə saat əvvəl mən bütün nazirlərimi istefaya göndərmişəm və mənə onlardan kimin qalacağı, kimin gedəcəyini müəyyən etmək üçün bir neçə saat lazımdır”.

Qeyd edək ki, bir sıra korrupsiya qalmaqalından sonra son həftələr ərzində Baçeletin seçki reytinqi ən aşağı səviyyəyə düşüb. Sosioloji sorğuların nəticələrinə əsasən, hazırda prezidentin fəaliyyətindən respondentlərin 64 faizi narazıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər