8 May 2015 15:17
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının İrqçiliklə Mübarizə Komissiyası Almaniya hökumətinə xəbərdarlıq edib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, komissiya son zamanlar ölkədə irqçiliyin və ayrı-seçkiliyin dözülməz hal aldığını və məsələ ilə bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. Yayılan bəyanatda hüququn və siyasətin ən başlıca hədəflərindən birinin irqçiliklə mübarizə olduğu qeyd edilib.

Almaniya isə buna cavab olaraq, BMT-nin İrqçiliklə Mübarizə Komissiyasına irqçiliklə mübarizə hesabatını təqdim edib.

Komissiya müzakirələr zamanı ölkədə müsəlman əhaliyə qarşı edilən hücumlara xüsusi diqqət yetirib. Onlar “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGİDA) təşkilatının hərəkətlərini söz azadlığı deyil, irqçilik kimi dəyərləndirib.

Çıxış edənlər Almaniya hökumətini qeyd edilən məsələlərlə bağlı təcili tədbirlər görməyə çağırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər