Belarus Prezidenti Aleksandr Lukaşenkonun 11 yaşlı oğlu Qələbə paradına Ali Baş Komandan formasında gəlib.
Axar.az xəbər verir ki, Lukaşenko kiçik oğlu Nikolayı hərbi tədbirlərə tez-tez aparır. Belə ki, 2013-cü ildə prezident və oğlu marşal formasını geyinərək Minskdə keçirilən paradda birgə iştirak etmişdilər.
Qeyd edək ki, Minskdə Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi şərəfinə təşkil olunan paradda 5000-dən çox hərbçi iştirak edib.