Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriya sərhədini keçərək Osmanlı imperiyası banisinin babasının məqbərəsinə baş çəkib.
Süleyman şahın məqbərəsi türk hərbçilərinin məxvi əməliyyatı nəticəsində bu ilin fevral ayında təhlükəsiz əraziyə köçürülmüşdü.
Suriya həmin əməliyyatı açıq-aşkar təcavüz aktı kimi qiymətləndirmişdi. Əhməd Davudoğlu Türkiyə siyasi liderlərindən birincisi olaraq Suriya ərazisində türk əsgərləri tərəfindən qorunan və 13-cü əsrə aid olan türbəni ziyarət edib.
Sülüyman şah (1178-1236) Osmanlı imperiyasının yaradıcısı Birinci Osmanın babasıdır. Türbə hazırda Türkiyə sərhədindən bir neçə yüz metr məsafədə, Hələb vilayətində yerləşir.
Köçürülməzdən əvvəl türbə sərhəddən xeyli uzaqda yerləşirdi və 1921-ci il sazişinə əsasən Suriya ərazisində yeganə Türkiyəyə məxsus anklav sayılır. Əhməd Davudoğlunu məqbərəni ziyarət səfərində hərbi texnika və helikopterlər müşaiyət edib, onun səfəri barədə əvvəlcədən xəbər verilməyib.
Prezident Bəşər Əsəd höküməti bildirib ki, Türkiyə Suriyanın İstanbuldakı konsulluğuna bu səfər barədə məlumat versə də, Suriya hökümətinin cavabını gözləməyib, bu isə 1921-ci il sazişinin pozulması deməkdir.