12 May 2015 15:55
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Drezden şəhərində “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGİDA) hərəkatının çağırışı ilə miqrantlar və müsəlmanlar əleyhinə yenidən nümayiş keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sayca 26-cı etiraz yürüşündə hərəkatın 3000-ə qədər tərəfdarı iştirak edib. Aksiya iştirakçıları millətçi və miqrantlar əleyhinə fikirlər səsləndiriblər.

Drezden meri vəzifəsinə namizəd Tatyana Festerlinq miqrantlara sığınacaq ayıran mehmanaxana sahiblərini tənqid edərək, onları möhtəkir adlandırıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində aksiyanın keçirildiyi əraziyə çox sayda polis əməkdaşı cəlb edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər