Ankara məhkəməsi Diyarbəkir şəhər polis idarəsinin keçmiş rəisi Rəcəb Güvən və 9 polis zabiti barəsində həbs qətimkan tədbiri seçib.
APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, həbs olunan polis zabitləri siyasətçilər, prezident müşavirləri və jurnalistlərin telefon danışıqlarının dinlənilməsində ittiham olunurlar. Məlumata görə, Rəcəb Güvən günahsız olduğunu bildirərək ona qarşı irəli sürülən ittihamları rədd edib.
Bundan əvvəl analoji ittiham üzrə 17 nəfər həbs olunub.