Çinin cənub-qərbindəki Quangan şəhərinin Linşui qəsəbəsində polislə etirazçılar arasında toqquşma olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 30-u polis olmaqla 68 nəfər yaralanıb.
Etirazlara səbəb bir müddət əvvəl Çin hökumətinin qəsəbə sakinlərinə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı verdikləri vədin yerinə yetirilməməsi olub.
Polis hadisə zamanı 100-dən çox etirazçını saxlayıb.
Samir