19 May 2015 12:54
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Corciya ştatı Çeroki dairəsinin məhkəməsi amerikalı Maykl Endryu Qrizmoru Rusiyadan olan qızlığını zorlamaqda təqsirli bilib. Bu barədə Trend-in “TASS”-a istinadən verdiyi məlumatda deyilir.

Qrizmor 10 il müddətinə azadlıqdan məhrum edilib. Uşağın hüquqları ilə bağlı Rusiya prezidenti yanında müvəkkil Pavel Astaxovun Twitter hesabında yazdığı məlumatda bildirilir ki, elə ilk iclasda Qrizmor Rusiyadan olan qızlığı Kseniya Antonovanı zorladığını etiraf etdiyinə görə məhkəmə onunla razılığa gəlib: "O, 3 ili həbsxanada keçirməli, qalan 7 ili isə şərti azadlığa buraxılmalıdır”.

P.Astaxovun sözlərinə görə, “kişinin qızlığına təcavüz etməsi və qızın saxta şəhadətnaməsindən istifadə edərək məhkəmədən həqiqəti gizlətməsi” nəzərə alınsa, cəza kifayət qədər ağır deyil.


Müəllif: