Rusiyanın Suriyada yerləşən səfirlik binasına bu gün ikinci hücum təşkil edilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, haubitsa ilə edilən hücum zamanı 1 suriyalı əsgər həyatını itirib, 3-ü isə yaralanıb.
Səfirliyin sözçüsü Asya Turuşiyeva verdiyi açıqlamada əsgərlərin səfirlik binasını qoruduğunu deyib.
Qeyd edək ki, iki gün əvvəl Rusiyanın Dəməşq səfirliyinə birinci hücum gerçəkləşdirilib.
Samir