Türkiyənin Ağrı vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində 14 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, zərərsizləşdirilən dəstə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) törəməsi olan YDG-H qruplaşmasına aiddir. Dəstə üzvlərindən xeyli miqdarda silah və sursatın ələ keçirildiyi bildirilir. Verilən məlumata görə, əvvəlcə 19 nəfər saxlansa da onlardan 5-i sərbəst buraxılıb.
Ölkənin Şırnak bölgəsində isə İraq ərazisindən gələn 8 PKK-çı hökumət qüvvələrinə təslim olub.