Rusiyanın Novosibirsk şəhərində mayın 21-dən itkin düşmüş hesab edilən 25 yaşlı Anton Krivoşeyevin meyiti aşkar edilib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, gəncin cəsədi qara paketdə Novosibirskin Oktyabr rayonu ərazisində yoldan keçən şəxslər tərəfindən tapılıb.
Polisdən verilən məlumata görə, Krivoşeyev axrıncı dəfə mayın 21-də yerli vaxtla 14:35-də ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bundan sonra isə o, gələn zənglərə cavab verməyib. Bir gün sonra isə onun idarə etdiyi maşın aşkar edilib.
Qeyd edək ki, Krivoşeyev 65 kiloqram çəki dərəcəsində karatenin kekusin-kay növü üzrə dünya çempionudur.
Samir