25 May 2015 20:56
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq təhlükəsizlik qüvvələri Bağdadın qərbində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərinin nəzarətində olan bölgəyə hücum edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, döyüşlərdə 37 terrorçu öldürülüb. Məsələ ilə bağlı açıqlama verən Iraq Müdafi Nazirliyi 25 zirehli texnikanın da məhv edildiyini açıqlayıb.

Bundan başqa yayılan məlumatlara görə, İraq qırıcıları Ramadinin qərbindəki Əl-Bağdadi şəhərinə zərbələr endirib. Hücumlarda 35 terrorçu öldürülüb, İŞİD-ə məxsus 5 avtomobil isə yarasız hala salınıb.

Samir


Müəllif: