“Boko Haram” terror təşkilatı Nigeriyanın şimal-şərqindəki Borno əyalətinə silahlı hücum təşkil edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı ikisi uşaq olmaqla 43 nəfər öldürülüb. Əyalətin tamamilə yandırıldığı açıqlanıb.
Bu arada BMT-nin açıqlamasına görə, “Boko Haram”ın 2014-ci ildən bu zamana qədər təşkil etdiyi hücumlarda Nigeriyada 7 min 300-dən çox vətəndaş həyatını itirib.
Samir