Azərbaycan qazını Avropaya çatdıracaq, reallaşma mərhələsində olan “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın əksər ölkələrinin marağına səbəb olan əsas mövzuya çevrilir.
Təbii enerji resursları ilə zəngin olmayan Cənub-Şərqi Avropa dövlətləri bu layihənin perspektivi və əhəmiyyətini görərək və anlayaraq, tez-tez bu dəhlizə qoşulmaq və beləliklə, özlərinin əsas məqsədlərinə - qaz tədarükü mənbələrinin diversifikasiyası – çatmaq arzularının əks olunduğu bəyanatlar səsləndirirlər.
Növbəti oxşar bəyanat Serbiyadan gəldi. Balkan ölkəsi Baş nazir Aleksandr Vuçiçin simasında ABŞ-ın Rusiya qazının tədarükündən asılılığı azaltmaq və Azərbaycan qazının Avropaya çatdırılması layihəsinə istiqamətlənmək çağırışını dəstəklədi.
Əgər vəziyyəti dərindən təhlil etsək və ağılla qiymətləndirsək, bu məsələ zahirən olduqca siyasiləşdirilmiş kimi görünür.
Enerji təhlükəsizliyi dövlətlərin sabitliyinin ən mühüm əsaslarından biridir və hər bir ölkə bu problemi bütün mümkün yollarla həll etməyə cəhd göstərir. Bu məqsədə çatmaq üçün əsas məsələlərdən biri enerji resurslarının tədarükü marşrutlarının və mənbələrinin diversifikasiyasıdır.
Bu məsələni şərh edən Serbiyanın energetika naziri Aleksandr Antiç bildirdi ki, ölkə hökuməti bununla bağlı məsuliyyətli və vətənpərvər mövqeyə malikdir.
Bu vəziyyətdən çıxış edərək qeyd etmək olar ki, Rusiya qazına alternativi yalnız Azərbaycan təqdim edə bilər. Azərbaycan təşəbbüskarı olduğu, indi isə tərəfdaşlarla birlikdə fəal şəkildə həyata keçirdiyi “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropaya qitənin enerji təhlükəsizliyini təmin etmək yolunda mühüm addım atmaq şansı verdi.