“Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalı professor Castin Makkarti Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” (“Did You Know”) dərnəyində təşkil olunan toplantıda deyib.
Onun szölərinə görə, Birinci Dünya müharibəsində Osmanlı dövləti Balkanlarda, Yaxın Şərqdə və Qafqazda hərbi təcavüzlərə qarşı mübarizə aparıb.
C.Makkarti bildirib ki, 1912-1921–ci illərdə Osmanlı ərazisində baş verən hərbi qarşıdurmalarda üç milyon müsəlman, yüz min erməni ölüb.
O, tarixi faktlara istinad edərək bildirib ki, ermənilər uydurduqları yalanlardan doğan məqsədlərə çatmaq üçün terror və cinayətlərdən vasitə kimi istifadə edirlər: “Bu, tamamilə yalandır. “Soyqırımı”na məruz qaldıqları iddia edilən ermənilərin sayı o dövrdə yaşamış bütün ermənilərin sayından qat-qat artıq göstərilir. Digər tərəfdən, xəstəlik, aclıq və digər səbəblərdən ölən insanları qətlə yetirilmiş kimi təqdim etmək ədalətsizlikdir. Müharibə vəziyyətinin doğurduğu aclıq, xəstəlik və səfalət nəticəsində o vaxt müsəlmanlar ermənilərdən dəfələrlə çox itki veriblər”
Türkiyəli diplomat Əmrə Qaragöl auditoriyanı ermənilərin türk diplomatlarına qarşı törətdikləri kütləvi terror aktları barədə məlumatlandırıb. O deyib ki, təkcə Vyanada üç türk diplomat erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Samir