20 ölkənin xarici işlər nazirləri Fransanın paytaxtı Parisdə bir araya gələcək.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, onlar İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə strategiyalarını müzakirə edəcəklər.
İraqın baş naziri Heydər əl-Abadi görüşdə iştirak edəcək. ABŞ dövlət katibi Con Kerri isə keçirdiyi velosiped qəzasına görə görüşə gələ bilməyəcək.
Yayılan məlumatlara görə, nazirlər hərbi vəziyyətdən başqa görüşdə mədəni irsin qorunması, təqib olunan azlıqların müdafiəsi və qaçqınlar problemləri də müzakirə olunacaq.
Samir