2 İyun 2015 13:34
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin demokratik seçki ilə seçilən ilk prezidenti Məhəmməd Mursi və “Müsəlman qardaşları” təşkilatının 121 nəfər üzvü üçün bu gün həlledici gün olacaq.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, Misir məhkəməsi Mursi və onun tərəfdarları haqqında çıxardığı edam cəzası ilə bağlı yekun qərarını açıqlayacaq.

Məhkəmənin beynəlxalq reaksiyaları nəzərə alaraq, edam qərarını 25 il müddətinə həbs cəzası ilə əvəz etməsi gözlənilir.

Qeyd edək ki, 2013-cü ildə hərbi çevrilişlə prezidentlik postundan endirilərək həbs edilən Mursi və onun tərəfdarları haqqında edam qərarı dünyanın bir çox ölkələrində etirazla qarşılanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər