5 İyun 2015 09:14
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in Fərat çayı üzərindəki səddi bağlaması Ənbar vilayətində su qıtlığına yol açıb.

Publika.az-ın məlumatına görə, yaraqlılar suyun səmtini Ramadi yaxınlığında döyüş apardıqları bölgələrə yönəldib. Onların bu əməli cənub ərazilərdə quraqlığa səbəb olub. Ətrafdakı əkin sahələrinin quruması ilə məhsul qıtlığı yaranacağından ehtiyat edilir.

Çay İSİD yaraqlıları ilə Ramadiyə doğri irəliləyən hökumət qüvvələri arasında baryer rolu oynayır. Ənbar vilayətinin qubernatorunun sözçüsü qüvvələrin yaraqlıların keçidinə mane olması üçün çay boyunca mövqe tutacağını bildirib.

BMT sudan müharibə aləti kimi istifadə edilməsini qınayıb. Qurum su tələbatını qarşılamağa çalışacağını bəyan edib.


İslam Dövləti bundan əvvəl də hökumətə qarşı mübarizəsində sudan alət kimi istifadə edib. İlin əvvəlində bu yaraqlı qrupu Fəllucada suyu bağlayıb. Lakin şəhər sakinlərinin etirazından sonra açmalı olub.
Ötən yay Mosulda su səddini ələ keçirən yaraqlılar kürd qüvvələri və ABŞ-ın hava hücumlarını ilə geri çəkilməli olub.

Hazırda Ənbarın Vilayət Şurası problemin həlli ilə bağlı müzakirələr keçirir. Su bəndinin açılması üçün onun bombalanması təklif edilib.


Müəllif: