5 İyun 2015 11:22
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stiven Harper: “Putinlə dialoq aparmaq əhəmiyyətsizdir”

“Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə olduğu müddətdə “Böyük yeddiliy”in sammitində işirak etməyəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Kanada baş naziri Stiven Harper deyib. O, hələlik qərarın qəbul olunmamasına baxmayaraq, Putinin G7-də iştirakına qarşı olduğunu deyib.

Harperin sözlərinə görə, Rusiya G7-yə üzvlüyünü Ukrayna böhranından xeyli əvvəl itirib.

Kanada baş naziri ötən il Avtraliyada keçirilən sammitdə Putinlə görüşünə də aydınlıq gətirib: “Putinin əlini Ukraynaya görə sıxdım. Bugünkü vəziyyətdə Rusiya ilə dialoq aparmağın mənası yoxdur”.

Samir


Müəllif:

Oxşar xəbərlər