7 İyun 2015 14:33
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatının Klinton dairəsindəki xüsusilə təhlükəli cinayətkarlar üçün həbsxananın 150 illik tarixində ilk dəfə buradan məhbuslar qaça bilib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qətl törətdiklərinə görə məhkum olunmuş 48 və 34 yaşındakı iki kişi 1865-ci ildə tikilmiş xüsusi mühafizə olunan həbsxanadan qaçmaq üçün elektrik avadanlığından istifadə ediblər.

The New York Post qəzetinin yazdığına görə, hazırda polis onların bu alətləri necə əldə edə bildiklərini araşdırır. Belə ki, məhbuslar həmin avadanlıqdan istifadə edərək polad boruları açıb və şəhərin kommunikasiya şəbəkəsi tuneli vasitəsi ilə qaçmağa nail olublar.

Ştatın qubernatoru Endryü Kyomo hadisə yerində olub. Məhbusların qaçışa hazırlıqla bağlı gördükləri işin miqyasından heyrətə gələn qubernator bu barədə sosial şəbəkədə yazıb və hətta Twitterdə qaçış yerindən fotolar yerləşdirib. “Bu, həyata keçirilməsi çox mürəkkəb olan bir plan idi” - Endryü Kyomo yazır.


Müəllif:

Oxşar xəbərlər