Rumınya parlamenti baş nazir Victor Pontanın toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı prokurorluğun müraciətini qəbul etməyib.
Baş nazir korrupsiya, pulyuma, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Ölkə prezidenti Klaus Iohannis siyasi böhrandan qaçmaq üçün baş nazir Pontanı istefa verməyə çağırıb.
Ponta ittihamları rədd edir.
Baş nazir bildirib ki, onu vəzifədən yalnız parlament kənarlaşdıra bilər.
Pontanın soaial-demokrat partiyası və onun müttəfiqləri parlamentdə çoxluq təşkil edirlər.