11 İyun 2015 15:57
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada yüzlərlə etirazçı hökumətin iqtisadi siyasətinə qarşı nümayiş keçiriblər.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yunanıstan Kommunist Partiyasının təşkil etdiyi nümayiş Maliyyə Nazirliyinin binası önündə baş tutub. Nümayişçilər bir müddət sonra nazirliyin binasını ələ keçiriblər. Onlar Yunanıstan maliyyə nazirinin binaya girməsinə icazə verməyiblər.

Hadisə yerinə gələn polislə nümayişçilər arasında incident yaşanıb. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazlar zamanı bir neçə fəalın saxlandığı açıqlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər