“Rusiya ilə ultimatumla danışmaq olmaz”.
Teleqraf.com RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışında deyib.
Ukraynanın şərqindəki münaqişənin həllinə toxunan Putin uğurlu nəticələr verəcək dialoqa bel bağladıqlarını bildirib: “Dəyərli, məxfi və bərabər hüquqlu dialoqa bel bağlayırıq”.
Rusiya prezidenti münaqişənin siyasi tənzimlənməsindən sonra Ukraynanın şərqində silahların olmayacağını vurğulayıb.