20 İyun 2015 20:06
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fil dişindən düzəldilmiş bir tondan artıq bəzək əşyaları müsadirə olunub. Bu əşyalar Nyu-York şəhərinin “Times Square” meydanında daş xırdalayan maşından keçirilərək məhv edilib.

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, brakonyerlərdən alınan fil dişindən hazırlanan məmulatlar doğranmazdan əvvəl əhali qarşısında nümayiş etdirilib. Qaçaqmalın böyük hissəsi Filadelfiyada 2,5 il həbs cəzasına məhkum edilən antikvar alverçisi Viktor Qordondan müsadirə olunub.

ABŞ hökuməti brakonyerlərə və vəhşi təbiət əleyhinə digər cinayətlərə qarşı bu yolla mübarizə aparılacağını bildirib. Belə ki, bu halda fillərin öldürülməsi kommersiya cəlbediciliyini itirir.

Vəhşi Təbiətin Mühafizəsi Cəmiyyətinin məlumatına əsasən, brakonyerlər unikal diş sümüklərinə görə Afrikada hər il 35 minə yaxın fil ovlayırlar.


Müəllif:

Oxşar xəbərlər