Məxfi sənədləri ələ keçirib yaymaqla tanınan "Wikileaks" internet saytının qurucusu Culian Assanc 2012-ci ildə Suriyada Bəşər Əsədin devrilməsi üçün Türkiyə və Qətər dövlətləri tərəfindən gizli razılaşma imzalandığını iddia edib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata, C.Assanc “Rossiya 1” telekanalına müsahibəsində bildirib ki, Suriyada Bəşər Əsədi devirmək üçün 2012-ci ildə Səudiyyə Ərəbistanında Qətər və Türkiyə ilə gizli razılıq əldə edilib. Onun sözlərinə görə, razılaşma ilə bağlı təşkil olunan gizli toplantıya ABŞ, Fransa və Böyük Britaniya səfirləri də qatılıb: “Bütün bunlar faktdır və bunu sübut edən dəlilləri ələ keçirmişik”.