Kanada viza məhdudiyyəti və iqtisadi sanksiya tətbiq etdiyi rusiyalı fiziki və hüquqi şəxslərin geniş siyahısını yayımlayıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Kanadanın baş naziri Stephen Harper bu siyahının genişlənməsinin Ukraynadakı vəziyyətlə bağlı olduğunu bildirib.
Ölkədən viza məhdudiyyəti "Avrasiya Gənclər İttifaqının" xadimləri, Aleksandr Duqinə, Pavel Kanşieva və Andrey Kovalenkoya tətbiq edilib.
Sanksiyalar altında "Avrasiya Gənclər İttifaqı", investisiya şirkəti olan "Marshall Capital Fund" və Kanada hökumətinin sənədində "baykerlər dəstəsi" adlanan "Gecə canavarları" motosikletçilər klubu da düşüb.
Siyahıda müdafiə və enerji sektorlarının təşkilat və müəssisələri də var.
Bura "Birləşmiş Aviatikinti Korporasiyası", "Tula silah zavodu", OPK "Oboronprom", "Stankoinstrument" asosasiyası, həmçinin "Qazprom", "Qazpromneft", "Surqutneftqaz və "Transneft" şirkətləri də daxildir.
Bununla yanaşı Kanada Krımla ticarət əlaqələrini də qadağan edib.
Qadağalara investisiyalar, maliyyə xidmətləri, məlumatların ötürülməsi və kruiz gəmilərinin Krım limanlarına daxil olması daxildir.
Samir