Azı bir milyard insanın gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir.
ABŞ-ın Florida ştatının Diyetologiya İnstitutunun alimləri almaların faydalı olması faktını sübuta yetiriblər. Diyetoloqların hesablamalarına görə, gündə bir alma yemək ürək-damar xəstəlikləri əlamətlərinin inkişaf riskini azaldır. Almanın tərkibində coxlu xeyirli vitamin və mikroelementlər, o cümlədən C, P, B1, B2, B6 vitamini, kalium, fosfor, maqnezium, natrium, dəmir, yod, mis, molibden, nikel, ftor, sink var. Bundan əlavə, alma qan-damar sistemində xolesterinin faizinin azalmasına kömək edir.