2 İyul 2015 01:50
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı sanksiyalar probleminin həlli variantlarından biri BMT Təhlükəsizlik Şurası tərəfindən müddəti hər 6-12 aydan bir uzadılacaq İrana qarşı sanksiyaların müvəqqəti ləğv edilməsi haqqında qətnamənin qəbul olunmasıdır.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə İrandakı diplomatik mənbə bildirib. “Bu hazırda danışıqlar masası üzərindəki variantlardan biridir”, deyə o bildirib.

Mənbə sözlərinə görə, tərəflər müxtəlif variantlar təklif edib: “Rusiya öz təkliflərini, biz isə öz təkliflərimizi irəli sürmüşük, onların hamısı hazırda danışıqlar masası üzərindədir”.

Bununla belə diplomat qeyd olunan məsələ ilə bağlı prinsipial yekun razılığın hələlik əldə olunmadığını vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər