Homoseksual evliliyi leqallaşdıran və bu qərarın ardından çıxışında "Sevgi sevgidir" deyən ABŞ prezidenti Barak Obamaya zimbabveli həmkarından şok təklif gəlib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, radio proqramlarından birində çıxışı zamanı Robert Mugabe Obamaya evlilik təklif edib. O, bununla Obamanın qərarını tənqid edib: "Az öncə qərar verdim. Homoseksual hüquqlarını müdafiə etdiyinə və cəlbedici bir görünüşü olduğuna görə, ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəm və qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm".
Bu zarafatdan sonra Muqabe Amerika xalqına səslənərək, ABŞ-ın azğın şeytanlar tərəfindən idarə edildiyini deyib.
Samir