Tunisdə otelə hücum edərək 40 turisti öldürən Seyfəddin Yakobi ilə bağlı yeni faktlar aşkar edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şahidlər Yakobinin hər bir insana atəş açdığı zaman dayanmadan güldüyünü bildiriblər. Aparılan tibbi ekspertiza nəticəsində məlum olub ki, təcavüzkar hücum zamanı narkotik vasitənin – kokainin təsiri altında olub.
Digər bir fakt isə Yakobinin üzərində partlayıcı qurğunun olması göstərilir. Məlumata görə, hücum vaxtı Yakobi partlayıcını işə salmağa macal tapmayıb.
Samir