Yunanıstan Prezidenti Prokopis Pavlopoulos gələn həftə planlaşdırılan Almaniya səfərini ləğv edib.
Axar.az xəbər verir ki, rəsmi Afina səfərin nəyə görə ləğv edildiyini açıqlamayıb. Xatırladaq ki, fevral ayında prezident seçilən Pavlopoulos Berlinə ilk rəsmi səfərini reallaşdıracaqdı.
Səfər ərzində yunan liderin həmkarı Yoahim Qaukla görüşü nəzərdə tutulurdu.