3 İyul 2015 13:01
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malidə naməlum silahlılar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Missiyasına aid avtomobil karvanına hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 6 sülhməramlı hərbçi ölüb, 5-i isə yaralanıb. Rəsmi məlumatlara görə, ölkənin şimalındakı Timbuktu bölgəsində pusqu quran silahlı qrup sülhməramlılara aid 2 avtomobilə də atəş açıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi-Mun hücumu qınayaraq, günahkarların tez bir zamanda məhkəmə qarşısına çıxarılmasını istəyib.

Qeyd edək ki, ölkənin şimalındakı silahlı qruplarla hökumət arasında ötən ay imzalanan sülh razılaşmasına baxmayaraq, hücumlar davam edir.

Samir


Müəllif:

Oxşar xəbərlər