3 İyul 2015 18:15
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 4 ildən çoxdur Bəşər Əsəd rejimi ilə döyüşən müxalifət gücləri Hələbin tamamilə ələ keçirilməsi üçün gözlənilən əməliyyata başlayıb.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxalifət şəhərin əsas strateji nöqtələrini ələ keçirib.


Daha əvvəl İdlib şəhərini ələ keçirmək üçün birləşən müxalifət gücləri rejimə növbəti zərbəni vurmaq üçün Hələbdə birləşiblər. Məlumata görə, müxalifət gücləri şəhərin “Cemiyetuz Zehra” məhəlləsində yerləşən və strateji əhəmiyyət daşıyan su anbarları, həmçinin su anbarlarının ətrafında yerləşən hərbi məntəqələrə nəzarəti təmin edib.

Müxalifət güclərinin komandirlərindən olan Raid Yasir Əbdürrəhman Hələbin fəthi əməliyyatına “Ahraruş Şam”, “Ensarul Mühacir”, “Şam Cəbhəsi” və “Əl-Nüsra” Cəbhəsi kimi qrupların qatıldığını bildirib.


Müəllif:

Oxşar xəbərlər