"Türk Hava Yolları" şirkətinə məxsus təyyarə Hindistanın paytaxtına təcili eniş edib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində bomba olması barədə məlumatın daxil olmasıdır.
Belə ki, təyyarənin tualetlərinin birində dodaq boyası ilə bombanın olduğu yazılıb.
Təyyarənin ekipajı bomba yazısını oxuduqdan sonra layneri Nyu Dehli aeroportuna endirib. Banqkokdan İstanbula uçan təyyarənin göyərtəsində 148 sərnişin olub.
Hava gəmisini tərk edən bütün sərnişin və ekipaj üzvləri Hindistanın təhlükəsizlik və kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən dindiriləcək.
Yazını təyyarədə olanlardan birinin yazması istisna edilmir. Bununla belə, təyyarənin göyərtəsində partlayıcı qurğu aşkar edilməyib. Layner diqqətlə yoxlanılır.